Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


12.08.2021  17:50 

“Həmin vaxt peyvəndi vursaq, reaksiya yaxşı olmayacaq”





A+  A-

“İnsanda xroniki xəstəliklərin kəskin dövrüdürsə, vaksin vurdurmağı məsləhət görmürük”.
XəzərNews.az xəbər verir ki, bunu Tibb Universitetinin urologiya kafedrasının doktorantı Araz İbrahimov Səhiyyə Nazirliyinin instaqram səhifəsində canlı yayımda deyib. Onun sözlərinə görə, insan böyrək daşından, sidik yollarının soyuqlamasından əziyyət çəkirsə, kəskin dövrdürsə və dərman müalicəsi qəbul edirsə, vaksin vurdurmaq məsləhət deyil:

“Çünki bizim verdiyimiz dərmanlarla eyni vaxtda peyvəndi xəstəyə vursaq, cavab reaksiyası kifayət qədər yaxşı olmayacaq. Həmçinin bu, xəstə üçün təhlükəli ola bilər. Bu dövr də on gün, iki həftə çəkir. Bundan sonra xəstə rahatlıqla peyvəndini vurdura bilər. Əgər bir xəstəyə böyrək köçürülübsə, böyrək köçürülmədən 6 ay əvvəl vaksin vurmaq olmaz. Köçürülmədən 6 ay sonra peyvənd vurula bilər”.

Xəbər 2969 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +