Baş psixiatrdan NAZİRƏ ŞİKAYƏT olundu
ABŞ Senatının üzvü Adam Şiff yenə həddini aşdı
Ukraynada atəşkəs yaydan əvvəl elan oluna bilər
Biz razılığa gəlməyə hazırıq - Lavrov
İyun ayında 13 gün qeyri-iş günü olacaq
Bakıda təriqəti üzvləri həbs edildi - Foto
110-dan çox ölkədən QHT-lər Bakıya toplaşır
“Kapital Bank” müştərini necə tələyə salır?
18 yaşın mübarək, Qaynarinfo!
Prezident Kaya Kallası qəbul etdi


01.04.2025  17:33 

“Kanal S”in aparıcısını ağ yuyub, qara sərdilər - RƏY





A+  A-

Xəbər verdiyimiz kimi, “Kanal S”in aparıcısı Nigar Fərhad açıqlaması ilə gündəm olub.

XəzərNews.az xəbər verir ki, onun efirdə dediyi “Mən oğluma atası olmayan qızı ala bilmərəm” fikri birmənalı qarşılanmayıb. N.Fərhadın fikri sosial şəbəkələrdə sərt tənqid edilib. Bir çox məşhur paylaşım edərək Nigara sərt reaksiya verib.

Aktrisa Zümrüd Qasımova Nigarın sözlərini paylaşaraq “Bu nə danışıqdır? Bu nə düşüncədir? Bu xanım nə danışır görəsən? Vay” sözlərini yazıb.

Hazırda ABŞ-də yaşayan aparıcı Günel Hümbətova “Hər yoldan keçəni efirə çıxardanda axırı belə olur! Atasız qızların qeyrətinə söz demək sənin kimi intellektsiz hüceyrələrin başı üçün deyil ha!! Kanalizasiya olub efir! Bu dərəcədə də yox” sözləri ilə əsəbini ifadə edib.

“Avroviziya 2011” qalibi Eldar Qasımov paylaşımında “Qızlar var, atasız böyüyürlər – savadlı, əxlaqlı, tərbiyəli. Qızlar da var, atalı böyüyürlər, amma ağızlarının danışığını bilmirlər. Öz heç 3, 5 qəpiklik olmayan fikirlərini sırtıqcasına hamıya yeritmək istəyirlər.

Problem tək o adamda deyil, məsələ daha dərindir (yüksəkdir). Görəsən, nə baş verməlidir? Daha neçə insan bədbəxt olmalıdır ki, nəsə dəyişsin? İyrəndim. Yenə də” sözlərini yazıb.

Müğənni Mehin Hümbətova “Bu gün yenə başqasının yerinə utandıq. Ağız danışmaq, beyin isə düşünmək üçündür. Doğru istifadə olunmayanda, bugünkü mənzərə ortaya çıxır.

Audiovizual Şura müğənnilərin yubkasının uzunluğunu ölçmək əvəzinə, ağzına gələni danışan, lakin sponsoru olduğu üçün TV-yə buraxılan aparıcıları efirlərdən təmizləsə, daha yerinə düşər” deyə, reaksiya verib.

Aktrisa Şəhanə Yusifova isə “Belə verilişlər niyə var” deyərək, proqrama etiraz edib. (axşam.az)

Xəbər 2538 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +