“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi
“Melissa Group”un rəhbəri daha 2 ay həbsdə qalacaq
İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib
Azərbaycanın məqsədləri dəyişməyib - Mamicanyan
Rubio Ukraynaya görə narahatdır - Reuters


24.09.2020  17:05 

Rusiya peyvəndinin risk qrupları üzərində sınaqları başlayır





A+  A-

Rusiyanın Qamaleya İnstitutu “Sputnik V” koronavirus peyvəndinin risk qrupları üzərində sınaqlarına başlayıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev açıqlama verib.

“Hazırda Qamaleya İnstitutu risk qrupları üzərində bir sıra əlavə klinik sınaqlara başlayıb. Yəni, indi sınaqlar yaşlı insanlar, bir sıra digər risk qrupları üzərində aparılacaq. Bu sınaqlar peyvəndin risk qruplarına təsirini analiz etmək üçün aparılır”,- deyə Dmitriyev bildirib.

Dmitriyev bu araşdırmanın nəticələrindən sonra peyvəndin təhlükəsizliyi barədə dəqiq fikir bildirməyin mümkün olacağını qeyd edib. Bununla belə o bildirib ki, təməl səviyyədə peyvənd insan adenovirusuna əsaslandığı üçün təhlükəsiz hesab olunur.

Onun sözlərinə görə, institut yaşlılar arasında peyvəndə qarşı əks-təsir yaranacağını gözləmir. Fondun rəhbəri, yaşlıların könüllü olaraq peyvəndləndiyini və özlərini çox yaxşı hiss etdiklərini qeyd edib.

Xatırladaq ki, Rusiya avqustun 11-də dünyada ilk dəfə olaraq koronavirus vaksinini qeydiyyatdan keçirib.

Xəbər 1637 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +