Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


11.04.2020  11:26 

100-lərlə tibb işçisi koronavirusa yoluxub - Ukraynada





A+  A-

Ukraynada 334 tibb işçisi koronavirusa yoluxub.
XəzərNews.az “TASS”a istinadən bildirir ki, bunu Ukraynanın Səhiyyə naziri Maksim Stepanov açıqlayıb.

“Bizim 2203 koronaviruslu xəstəmiz var. Onlardan 334-ü tibb işçisidir. Biz gündəlik olaraq, onların fərdi mühafizə vasitələri ilə maksimal dərəcədə təmin edilməsi ilə məşğul oluruq”, - o, cümə günü “İnter” telekanalının efirində deyib.

Cümə günü Ukrayna Silahlı Qüvvələrinin Tibbi xidmət komandanlığı da, həmçinin orduda koronavirusa 3 yeni yoluxma haqqında bildirib. Bununla da, Ukraynada koronavirusa yoluxan hərbçilərin ümumi sayı 10-a yüksəlib, onlardan biri vəfat edib.

Umumilikdə Ukraynada 2 203 yoluxma, 69 ölüm halı qeydə alınıb, 61 pasiyent sağalıb. Yoluxma hallarının çoxu Kiyev və ölkənin qərb böllgələrində qeydə alınır.



Xəbər 1652 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +