Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


20.02.2020  11:54 

Dövlət xəstəxanalarında tibbi fakültələr açıla bilər





A+  A-

“Gələcəkdə bəzi regionların dövlət xəstəxanalarında tibbi fakültələrin açılması ilə bağlı dövlətə təklif veriləcək”.
XəzərNews.az xəbər verir ki, bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev mətbuat konfransında deyib.

Bildirib ki, həkimlərin regionlarda işləməsi ilə bağlı marağı artırmaq məqsədilə qısamüddətli çıxış yolları kimi ezamiyyət və həvəsləndirici premiyalar düşünülür:

“Uzunmüddətli çıxış yolu olaraq isə xarici ölkələrdə təhsil alan tələbələrimizin regionlarda olan xəstəxanalara marağının artırılması və bu baxımdan da danışıqların aparılması planlaşdırılır.

Daha dərindən araşdırma aparılır ki, həkim çatışmazlığını aradan qaldırmaq üçün nə işlər görmək olar? Rezidentlərin 3 il məcburi regionlarda işləməsi məsələsinin daha ciddi tətbiq olunması gözlənilir”.

O, qeyd edib ki, regionlarda həkim məntəqələri heç də ürəkaçan deyil:

“Ancaq bizim büdcəmiz məhduddur. Son illərdə 600-dən çox xəstəxananın təmir və tikintisinə pul ayrılıb. İlkin mərhələdə xəstəxanaların təmiri nəzərdə tutulmuşdu, ikinci mərhələlərdə isə tibb məntəqələrinin təmiri gözlənilir. Bundan başqa, tibb məntəqələrində fəaliyyət göstərən tibb bacısı və həkimlərə təlimlərin keçirilməsi nəzərdə tutulur”.

Xəbər 2393 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +