“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi
“Melissa Group”un rəhbəri daha 2 ay həbsdə qalacaq
İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib
Azərbaycanın məqsədləri dəyişməyib - Mamicanyan
Rubio Ukraynaya görə narahatdır - Reuters


07.11.2017  15:54 

Buynuz qişanın transplantasiyasına başlanılır





A+  A-

Yaxın bir neçə həftədə Azərbaycanda xəstələrə gözün buynuz qişasının transplantasiyasına başlanılacaq.
XəzərNews.az-ın Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin aparıcı elmi işçisi Fərəh Abduləliyeva deyib.

F.Abduləliyeva bildirib ki, hazırda Mərkəzdə 3000-dən çox xəstə gözün buynuz qişasının köçürülməsi üçün qeydiyyatdadır.

Onun sözlərinə görə, gözün buynuz qişalarının İran, ABŞ və Rusiyadan gətirilməsi nəzərdə tutulur: "Həmin ölkələrin donor bankları ilə danışıqlar həyata keçirilib və razılıq əldə olunub. Hazırda sənədləşdirilmə işləri aparılır və yaxın bir neçə həftə ərzində Azərbaycana gözün buynuz qişası gətiriləcək”.

F.Abduləliyeva vurğulayıb ki, ilk mərhələdə təcili əməliyyata ehtiyacı olanlara gözün buynuz qişaları köçürüləcək.

O qeyd edib ki, əməliyyat Mərkəzdə icra olunacaq.

F.Abduləliyevanın sözlərinə görə, xəstələrin 20 faizə qədərini uşaqlar, yerdə qalan hissəsini isə böyüklər təşkil edir.

Xəbər 1531 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +