“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi
“Melissa Group”un rəhbəri daha 2 ay həbsdə qalacaq
İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib
Azərbaycanın məqsədləri dəyişməyib - Mamicanyan
Rubio Ukraynaya görə narahatdır - Reuters


02.05.2017  19:54 

Kanal 13-ün rəhbəri saxlanıldı





A+  A-

"Kanal 13"-ün Bakı ofisinin rəhbəri Əziz Orucov polis tərəfindən saxlanıb.
Bu barədə qardaşı və "Kanal 13"ün təsisçisi Anar Orucov sosial şəbəkədə məlumat yayıb:

"Kanal13 internet televiziyasının Bakı ofisinin rəhbəri Əziz Orucov mayın 2-də səhər saatlarında həyat yoldaşı və telekanalın redaktoru Lamiyə Çerpanova ilə evdən çıxıb işə gedərkən yolda Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. Hər iki əməkdaşımız heç bir izahat verilmədən, normal hüquqi cəmiyətə xas bir şəkildə polis idarəsinə dəvət etmək mümkün ikən, zorakılıla avtomobildən düşürdülərək Nəsimi Rayon Polis idarəsinə aparılıblar və bir müddət sonra isə Lamiyə Çerpanova buraxılsa da, Əziz Orucov gün ərzində polis idarəsində dindirildikdən sonra, barəsində qərar verilməsi üçün Nəsimi rayon Məhkəməsinə aparılıb. Xuliqanlıqda ittiham edilir. Kanal13 hər zaman azad media olmağa çalışıb və bacardığı qədər olub: biz xəbərləri xalqa çatdırmışıq, xəbərə şərh verməmişik. İqtidarı da, müxalifəti də işıqlandırmışıq. İqtidardakılar bizdən qaçıb, müxalifətdəkilər yaxın olub deyə daha çox da müxalif mövqe sərgiləmişik. İndi deyirlər ki, sən demə bu, bizim ölkəmizdə xuliqanlıq imiş...".

(qafqazinfo.az)

Xəbər 1486 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +