Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


06.03.2025  15:58 

Brüsseldə Avropa Şurasının fövqəladə sammiti keçiriləcək





A+  A-

Bu gün Brüsseldə (Belçika) Avropa Şurasının fövqəladə sammiti keçiriləcək.

XəzərNews.az xarici mediaya istinadən xəbər verir ki, “Avropa İttifaqı liderləri Ukraynaya və Avropanın müdafiəsinə gələcək dəstəyi müzakirə etmək üçün xüsusi sammitə toplaşırlar”, - deyə məlumatda bildirilir.

Ukrayna prezidenti Vladimir Zelenski görüşə dəvət olunub.

O cümlədən, Avropa İttifaqı Şurasının sədri Antonio Kosta və Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Belçika Kralı I Filipp, Belçikanın Baş naziri Bart de Vever, Avstriyanın federal kansleri Kristian Ştoker və NATO-nun baş katibi Mark Rutte ilə danışıqların aparılması planlaşdırılır.

“Politico” nəşri isə martın 5-də yazıb ki, “tələsik” təşkil olunan sammitdə siyasətçilər milli orduları gücləndirmək üçün resursları tez bir zamanda yönləndirməyin yolunu axtaracaq, həmçinin, məsələn, Ukraynanın Aİ-yə üzvlük yolunu təsdiqləməklə ona dəstək nümayiş etdirməyə çalışacaqlar.

Məqalədə deyilir ki, onlar həmçinin Vladimir Putinin rejiminə qarşı olduqlarını, o cümlədən növbəti sanksiyaların tətbiqi öhdəliyini vurğulamağa çalışacaqlar və Rusiyanın Ukraynaya tammiqyaslı işğalı başlayandan bəri Aİ-də dondurulmuş Rusiya aktivlərindən necə istifadə ediləcəyini müzakirə edəcəklər.

Xəbər 1324 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +