Ryazan-Moskva neft kəmərində partlayış olub
AFFA hansı klubları cərimələdi?
AYNA əvvəlcə öz “aynasına“ baxmalıdır - Deputat
Muğam Müsabiqəsində yerimi pulla satdılar - İddia
Hollivud aktyoru Rusiyada biznes açır
Bu, nəticə əldə etməyin yeganə yoludur - Kreml rəsmisi
Fərhad Əhmədovun şirkətlərinin rəhbərlərinə “stop” qoyuldu
Sankt-Peterburqda Azərbaycan konsulluğu qarşısında təxribat
Əliyev-Putin görüşü ola bilərmi? - Peskovdan açıqlama
Sabiq deputat FHN-ni ittiham etdi


06.03.2019  08:43 

Gözlərimizi kor olmaqdan belə qoruyaq - 8 məsləhət





A+  A-

Gözlərin qızarması qeyri-estetik olmaqla yanaşı, ağrılı və narahatlıq yaradan haldır. Bu zaman gözlər qaşınır, sulanır və əksinə quruyur.
Bəs, bu əlamətlərdən necə yaxa qurtarmaq olar? Mütəxəsisslər bildirirlər ki, qızarmış gözlər sağlam ola bilməz.

XəzərNews.az Medicina.az-a istinadən göz qızartılarını aradan qaldırmaq üçün ən faydalı üsulları təqdim edir:

1. Sutkada 8 saat yatın

Gözlərin istirahət etməsi və parlaması üçün normal yatmaq tələb olunur. Axşam tez yatmaq yalnız beyin üçün deyil, həm də gözlər üçün xeyirlidir.

2. Gözlərə toksik maddələrin təmasından uzaq durun

Boya, rəng, tüstü, kimyəvi maddələrin buxarı kimi maddələr gözlərə zərər verərək, iltihablaşmasına səbəb olur. Buna görə də kimyəvi maddələrlə işləyən zaman gözləri maksimum dərəcədə qorumaq lazımdır.

3. Eynək taxın

Eynək yalnız yay aylarında gözləri günəşdən qorumaq üçün nəzərdə tutulmayıb. Qış aylarında da günəşli havalarda mütləq eynək taxmaq lazımdır. Eynək gözləri yalnız günəşdən deyil, həm də tozdan və küləkdən qoruyur.

4. Keyfiyyətli kosmetikadan istifadə edin

Gözlərin qızarması allergik reaksiyaların siqnalı, allergiyanın səbəbi isə keyfiyyətsiz kosmetika ola bilər. Göz ətrafı üçün olan bir çox kremlər də gözlərin allergiyasına səbəb olur.

5. Kontakt linzalara düzgün qulluq edin

Əgər kontakt linzalardan istifadə edirsinizsə, o zaman ona düzgün qulluq edin. Onların təmizlənməsi zamanı linzaları lazım olan vaxtda çıxarın. Linzalardan ehtiyatsız istifadə gözlərin infeksiyalaşmasına səbəb ola bilər.

6. Kompüterdən düzgün qaydada istifadə edin

Kompüterdə işləyən zaman hər 10 dəqiqədən bir fasilə verin. Fasilə zamanı bir müddət uzağa baxın və ya göz gimnastikası edin. Monitora baxarkən çalışın ki, gözlərinizi tez-tez qırpasınız. Bu, gözləri qurumaqdan qoruyacaq.

7. Göz damcılarından istifadə edin.

Qızarmış və yorğun gözlər üçün ən yaxşı vasitə təbii göz yaşını xatırladan göz damcılarıdır. Ən çox da gözlər iltihablaşan zaman bu vasitələrdən istifadə edin. Bu zaman gözlərinizin rahatladığını hiss edəcəksiniz. Bu vasitələr həm də profilaktik təsir də göstərir.

8. Gözlər üçün kompres

Buz və soyuq kompreslər gözlərin təravətini özünə qaytarır və damarların iltihabını götürür. Bundan əlavə, çobanyastığı çayı, cökə və adi qara çayla kompres yaxşı təsir edir. Bu cür tonuslaşdırıcı prosedurlar gözlərin yorğunluğunu və qıcıqlanmasını aradan qaldıracaq.

Xəbər 3175 dəfə oxunub.




27.08.2025  17:14 

iPhone 17 belə olacaq - Foto

27.08.2025  16:11 

AFFA hansı klubları cərimələdi?

27.08.2025  14:09 

Sabiq deputat FHN-ni ittiham etdi

27.08.2025  11:46 

Rusiya Xersonu oda bürüdü


BÜTÜN XƏBƏRLƏR +