Mixail Saakaşvili: “İlham Əliyev regionun lideridir...“
Naxçıvan Səhiyyə Nazirliyində nələr baş verib?
Əvəz Zeynallı ilə bağlı məhkəməyə müraciət edildi
Sahil Babayevə müavinlər təyin olundu
“Azercell”in ad günü kampaniyasına ETİRAZ
Yaşayış binasındakı yanğın söndürüldü
Sürücü Tibb Mərkəzindən məcburi şəkildə çıxarılıb
Yanğına görə avtomobillərin hərəkəti məhdudlaşdırıldı
Gürcüstan Prezidenti Azərbaycana səfərə gəlib
Ağ Ev Harvard Universiteti üçün qrantları dayandırır


06.02.2024  14:26 

Seçicilər üçün bütün məntəqələrdə lazımi şərait yaradılıb -Məzahir Pənahov





A+  A-

Sabah 30 ildən sonra işğaldan azad edilmiş ərazilərdə səsvermə keçiriləcək.

Xəzərnews.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda siyahıda olan 6 milyon 478 min 623 seçici 6 mindən çox seçki məntəqəsində səs verəcək.

M. Pənahov qeyd edib ki, seçkilərin keçirilməsi üçün ən vacib məsələlərdən biri seçici siyahılarının tərtibi idi:

“Seçicilər üçün bütün məntəqələrdə lazımi şərait yaradılıb. Seçki prosesinin əsas məqamı şəffaflıqdır. Ona görə 89 min 366 yerli müşahidəçi qeydiyyatdan keçib”.

MSK sədri qeyd edib ki, ümumilikdə 90 min 372 müşahidəçi qeydiyyatdan keçib və onların 790 nəfəri beynəlxalq müşahidəçidir:

"109 beynəlxalq media qurumu iştirak edir. Onların 216 nümayəndəsi var".//Report


Xəbər 1594 dəfə oxunub.




15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı


BÜTÜN XƏBƏRLƏR +