Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


12.07.2017  13:17 

Minsk qrupu nazirlərin görüşü ilə bağlı bəyanat YAYDI





A+  A-

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın Brüsseldəki görüşü ilə bağlı bəyanat yayıblar.
XəzərNews.az xarici KİV-ə isitnadən xəbər verir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Riçard Hoqland iyulun 11-də Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşüb və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gələcək addımları müzakirə ediblər.

Bəyanatda deyilir ki, görüşdə ATƏT sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik də iştirak edib.
Nazirlər öz prezidentlərinə həmsədrlərin bu ilin sonunadək yüksək səviyyəli görüşün keçirilməsi ilə bağlı təklifini çatdırmağa razılıq verib. Həmsədrlər prezidentlərin görüşünün təşkilinə köməklərini təklif ediblər.

Bəyanatda həmçinin qeyd edilir ki, görüş zamanı təmas xəttindəki son vəziyyət də müzakirə edilib.
Bildirilir ki, nazirlər və həmsədrlər sentyabrda Nyu-Yorkda baş tutacaq BMT Baş Assambleyasının 72-ci sessiyasının kuluarlarında yenidən görüşmək barədə razılaşıblar.

Xəbər 1660 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +