Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi
“Melissa Group”un rəhbəri daha 2 ay həbsdə qalacaq
İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib
Azərbaycanın məqsədləri dəyişməyib - Mamicanyan
Rubio Ukraynaya görə narahatdır - Reuters
“Xalq qəzeti” ilə “Respublika” bağlanır, “Azərbaycan” isə...
Qarabağda iş imkanı: Əmək haqqı 3000 AZN
Tikinti biznesində “maliyyə piramidası”
Təbiətə 7200 manatlıq ziyan vurdular


07.02.2020  09:26 

Bakıda kişi bacısının başını kəsdi





A+  A-

Bakıda 57 yaşlı kişi ülgüclə bacısının boğazını kəsərək onu öldürüb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hadisə fevralın 6-sı saat 22 radələrində paytaxtın Nəsimi rayonunda baş verib. Zəngilan rayon sakini, 1963-cü il təvəllüdlü Sahib Cəfərov bacısı, 1967-ci il təvəllüdlü Tovus Cəfərovanın kirayədə yaşadığı evə gələrək qısqanclıq zəminində onun boğazını özü ilə gətirdiyi ülgüclə kəsib. T.Cəfərova hadisə yerində vəfat edib.

S. Cəfərov polis şöbəsinə gələrək təslim olub və ülgücü də təhvil verib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb və istintaq hərəkətləri davam etdirilir.

Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb, meyitin daxili müayinəsi üçün məhkəmə tibb ekspertizası təyin edilib.

Xəbər 1688 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +