Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub
“Hyundai Elantra” TIR-ın altına girdi - Video
Putin Əli Xamneyiyə məktub göndərib
Trampın qızı İvanka Kosta-Rikada dincəlir
Qazinin həbs müddəti 2 ay uzadıldı
İran prezidenti Azərbaycana bu tarixdə gələcək


16.10.2023  08:41 

Sərdar Səfərov Xankəndiyə komendant təyin edilib





A+  A-

Polis general-mayoru Sərdar Səfərov Xankəndiyə komendant təyin edilib.

Xəzərnews.az xəbər verir ki, Sərdar Səfərov 1973-cü ildə Sumqayıtda anadan olub. Dövlət Bədən Tərbiyəsi İnstitutunu, Türkiyə Respublikasının Jandarma Zabitlər Məktəbini və DİN-in Polis Akademiyasını bitirib.

1996-2005-ci illərdə Daxili qoşunlarda xüsusi təyinatlı bölük komandiri, Xüsusi təyinatlı taborun qərargah rəisi kimi xidmət edib. 2019-2022-ci illərdə Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini və həmin İdarənin rəisi olub. 2022-ci ilin fevralnda BŞBPİ rəisinin xidmət üzrə müavini vəzifəsinə təyin olunub.

Bu ilin yanvarında isə o, nazir Vilayət Eyvazovun əmri ilə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi təyin edilib.

S.Səfərov 2022-ci ildə Prezidentin sərəncamı ilə general-mayir rütbəsinə layiq görülüb.

“Hərbi xidmətlərə görə”, "İgidliyə görə", “Vətən uğrunda” medalları ilə təltif edilib. Ailəlidir, üç övladı var.



Xəbər 1290 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +