Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub
“Hyundai Elantra” TIR-ın altına girdi - Video
Putin Əli Xamneyiyə məktub göndərib
Trampın qızı İvanka Kosta-Rikada dincəlir
Qazinin həbs müddəti 2 ay uzadıldı


26.10.2022  13:06 

Yataqxanada yanğın: 15 nəfər təxliyə olunub





A+  A-

Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xaçmaz şəhəri, N.Nərimanov prospektində yerləşən 92 saylı peşə liseyinin yataqxanasında yanğın baş verməsi barədə məlumat daxil olub.

XəzərNews.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Xaçmaz Rayon Yanğından Mühafizə Hissəsi və Şimal Regional Mərkəzinin qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli, dördbloklu yataqxana binasının 3-cü blokunun zirzəmisində məişət tullantılarının yandığı müəyyən olunub.

FHN-in qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Həmçinin, yanğınsöndürən və xilasedicilər tərəfindən bina sakinlərinin çevik təxliyəsi həyata keçirilib.

Yanğın nəticəsində 15kv.m sahədə məişət tullantıları və taxta qırıntıları yanıb, mənzillər yanğından mühafizə edilib. Eləcə də 1-i azyaşlı və 4-ü yaşlı olmaqla 15 nəfər bina sakini təxliyə olunub.

Xəbər 1221 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +