Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


11.04.2022  21:14 

STEMART “RoboFest2022” turnirini uğurla keçirdi





A+  A-

20 məktəbin şagirdləri turnirdə 4 kateqoriya üzrə yarışdılar

Məktəblilər arasında “RoboFest 2022” festivalı başa çatıb. II robot festivalı kimi keçirilən yarışma 10 aprel 2022-ci il tarixində Park Inn by Radisson Baku otelində baş tutub.

XəzərNews.az xəbər verir ki, müsabiqədə 20 dövlət və özəl məktəbdən 122 şagird iştirak edib. Tədbirin təşkilinə Kaspi Təhsil Şirkəti, STAREX Logistics, GemZa Group, Deirvlon Technologies və İnnovative Business Product şirkətləri dəstək verib.

Festivalın baş hakimliyi komandaya əlavə dəstək üçün qatılan Türkiyənin “Maker Center STEAM” mərkəzinin təsisçisi və təcrübəli robotika təlimçisi Seçkin Aksoya həvalə edilib.

Tədbirin təşkilatçısı, STEMART STEAM Akademiyasının direktoru Sahil Əliyev bildirir ki, festivalın keçirilmə məqsədi şagirdlər arasında STEAM sahəsinə marağı artırmaq və rəqabət apara biləcəkləri əlverişli öyrənmə mühiti yaratmaqdır.

“RoboFest2022”nin koordinatoru Kamran Əsgərovun verdiyi məlumata görə, növbəti il müsabiqənin beynəlxaq tərəfdaşlarla birgə həyata keçirilməsi və beynəlxalq müsabiqə statusu alması gözlənilir.

Qeyd edək ki, şagirdlər festivalda 4 müxtəlif robotika kateqoriyası üzrə yarışıblar:

• VEX IQ Challenge (9-17 yaş)
• VEX GO Challenge (7-10 yaş)
• Lego Line Follower (7-12 yaş) (13-17 yaş)
• Lego Sumo (7-12 yaş) (13-17 yaş)

Yarışda hər kateqoriya üzrə 1-ci, 2-ci, 3-cü yeri tutan komandalar medal, diplom və müxtəlif qiymətli hədiyyələrlə təltif olunublar.

Xəbər 1818 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +