Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


08.04.2022  10:34 

Azərbaycanın İranla sərhədində insident baş verib





A+  A-

Ötən gecə Azərbaycanın İranla sərhədində insident baş verib.

XəzərNews.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sərhəd zastavasının müşahidə kamerası vasitəsilə iki nəfər sərhəd pozucusunun İran istiqamətindən beş-altı ədəd bağlama ilə dövlət sərhədini pozması müəyyənləşdirilib.

Sərhədçilər tərəfindən dərhal müvafiq tədbirlər görülüb və geri qayıtmağa çalışan sərhəd pozucuları saxlanılıblar. Bu zaman sərhəd pozucuları müqavimət göstərdiklərindən atəş açılıb. Nəticədə onlardan biri öldürülüb, digəri isə saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Araşdırmalar zamanı ölən sərhəd pozucusunun İran vətəndaşı Pəhləvani Beyrək Yaşıl oğlu, saxlanılan şəxsin isə Pirani Behrud Məhəmməd oğlu olduğu müəyyənləşib.
Faktla bağlı araşdırmalar aparılır.

Xəbər 1734 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +