Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub
“Hyundai Elantra” TIR-ın altına girdi - Video
Putin Əli Xamneyiyə məktub göndərib
Trampın qızı İvanka Kosta-Rikada dincəlir
Qazinin həbs müddəti 2 ay uzadıldı


03.07.2017  10:25 

Məktəblilər Gənc Tamaşaçılar Teatrında





A+  A-

İyul ayının 1-də məktəblilərin yay tətili günlərində istirahətlərinin daha rəngarəng və maraqlı edilməsi məqsədi ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Gənc tamaşaçılar Teatrında “Çipollino”tamaşasının pulsuz nümayişi təşkil olunub.
XəzərNews.az xəbər verir ki, tədbirdə rayon məktəblərinin təhsildə fərqlənən şagirdləri, aztəminatlı ailələrin və Qarabağ müharibəsi veteranlarının övladları olmaqla 400 nəfər məktəbli iştirak edib.

Beynəlxalq layihə çərçivəsində hazırlanmış tamaşa görkəmli italyan uşaq yazıçısı Canni Rodarinin eyniadlı əsəri əsasında ərsəyə gələn “Çipollino”dur. Tamaşanın quruluşçu rejissoru Rostov “Maksimum” teatrının bədii rəhbəri, Rostov İncəsənət məktəbinin rejissorluq kafedrasının müdiri Yelena İvanovadır.

Tamaşada iştirak edən uşaqların valideynləri tədbirdən razı qalıb, hər zaman Azərbaycan uşaqlarına diqqət və qayğı göstərən Azərbaycan Pespublikasının Prezidenti İlham Əliyevə və birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

Xəbər 1416 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +