Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


24.04.2024  17:24 

“Bölgə erməni hərbi qüvvələrindən təmizlənəcək“ - Millət vəkili





A+  A-

“Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşma tarixi hadisədir”.



Xəzərnews.az xəbər verir ki, bunu Bakupost.az -a millət vəkili Arzu Nağıyev bildirib.

O qeyd edib ki, aprelin 19-da elan olunan razılaşmada növbəti addımlarla bağlı vacib məqamlar əksini tapıb:

“Bu, Azərbaycan- Ermənistan münasibətlərinin tənzimlənməsi üçün çox prinsipial məsələdir. Hesab edirəm ki, baş verənlər ən yüksək səviyyədə razılaşdırılıb və artıq geriyə yol yoxdur. Biz separatçı və revanşist qüvvələrin həmin bölgədəki təxribatlarını da diqqətlə izləyirik. Amma baş verənlər Ermənistanın daxili işidir və onlar bu prosesi tənzimləməlidirlər. Əsas məsələ odur ki, sərhədin delimitasiyası başa çatdıqdan sonra bölgə Ermənistan hərbi qüvvələrindən təmizlənəcək və onun yerini sərhəd qoşunları tutacaq. Bu prosesin də süni şəkildə uzadılmasına lüzum görmürəm. Birmənalı şəkildə digər istiqamətlərdə danışıqların daha inamla davam etdiriləcəyini gözləyirik. Əsas diqqət edilməli məqam həm də odur ki, iki dövlət heç bir vasitəçi olmadan dinc yolla prosesləri tənzimləməyə çalışırlar".

Millət vəkili deyib ki, yaxın aylarda tərəflər arasında növbəti addımlar razılaşdırılacaq:

“Düşünürəm ki, məsələlər parlamentdə ratifikasiya prosesi də daxil olmaqla lazımi təsdiqlərdən keçməlidir ki, delimitasiya prosesi təsbit olunsun".

Xəbər 7360 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +