Bakıda evləri talayan qadın saxlanıldı
“Venesiya”da 55 nəfər nədən zəhərləndi? - Açıqlama
Prezidentin Baş prokurur vəzifəsinə namizədi kimdir?
Yaxın 24 saat ərzində saziş imzalanacaq - Şmıxal
Niqab geyinib məktəbləri gəzir... - Açıqlama-VİDEO
Prezident “IVECO”nun sükanı arxasında - Foto
Rasim Balayev Kino Agentliyinin yeni rəhbərini tanımır - ŞOK
İlham Əliyev Sumqayıtda açılışlar etdi - FOTO
Azərbaycanlı iş adamı Odessada oğurlanıb
Dünya Rusiyanı sülhə məcbur etsin... - Zelenski


22.01.2018  11:26 

İlin sonuna qədər neft hasilatı artmayacaq





A+  A-

OPEC və Rusiya hasilatın azaldılması yönündə qərarların ilin sonuna qədər qüvvədə qalacağını bəyan edib.
XəzərNews.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiyanın enerji naziri Aleksandr Novak hasilatın azaldılması yönündə razılaşmadan kənar da Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq edəcəklərini açıqlayıb.

Səudiyyə Ərəbistanının enerji naziri Xalid əl-Falih isə bəyan edib ki, cari ilin sonuna qədər hasilatla bağlı qərar qüvvədə qalacaq:

“Birja ilin sonunda və ya 2019-cu ildə yenidən sabitləşəcək”.

Xalid əl-Falih bildirib ki, hazırda qlobal neft ehtiyatları son beş ilin orta səviyyəsini 120 mln. barel üstələyir.

Hər iki nazir 2019-cu ildə hasilatın azaldılıb-azaldılmayacağında dair suallara cavab verməyiblər.

Omanın neft-qaz naziri Mühəmməd Həməd əl-Rumhi isə deyib ki, 2018-ci ildən sonra cari OPEC+ anlaşmasının uzadılması yerinə, yeni tip anlaşma tətbiq oluna bilər.

Qeyd edək ki, dünən Omanda OPEC+ nazirlərinin monitorinq komitəsinin iclası keçirilib. Neft hasilatının azaldılmasına dair OPEC+ sazişinin Monitorinq Komitəsinin növbəti iclası apreldə, Səudiyyə Ərəbistanında keçiriləcək.

Xatırladaq ki, OPEC Nazirlər Şurasının Monitorinq Komitəsinə Səudiyyə Ərəbistanı, Venesuela, Küveyt, Əlcəzair, Oman və Rusiya nümayəndələri daxildir.

Xəbər 1665 dəfə oxunub.




30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu

30.04.2025  12:02 

Əvəz Zeynallı Türkiyəyə gedir

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO


BÜTÜN XƏBƏRLƏR +