“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


20.09.2017  11:52 

“Bu məsələdə “erməni barmağı” faktoru da rol oynaya bilər“ - DADP sədri





A+  A-

“Rusiya Ali Məhkəməsinin Apelyasiya Kollegiyasının birinci instansiya məhkəməsi Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvi barədə qərarını qüvvədə saxladı. Sözün açığı, bu qərar bizi məyus etdi. Biz apelyasiyanın müsbət nəticələnəcəyinə böyük ümid bəsləyirdik”.
XəzərNews.az xəbər verir ki, bunu Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib.
O qeyd edib ki, rəsmi Moskvanın bu diaspor təşkilatımıza qarşı nədən belə barışmaz mövqe tutması, heç bir kompromisə getməməsi təəccüb doğurur. Rusiyanın ali hüquq-mühafizə orqanlarının Ermənistan, Gürcüstan, Çeçenistan əsilli diaspor təşkilatlarına münasibətdə yumşaq davranış nümayiş etdirməsi, ancaq ÜAK-ın ləğvi üçünsə əlini-qolunu çirmələməsi burada "ikili standartlar"ın mövcudluğundan xəbər verir: “Proseslərin bu məcrada inkişaf etməsində gizli “erməni barmağı” faktoru da rol oynaya bilər. Çox böyük ehtimalla, ÜAK-ın son vaxtlar fəallaşması Moskvada cəmləşmiş və Kremlin siyasətinə birbaşa təsir rıçaqlarına malik olan erməni elitasını narahat edirmiş”.
Partiya sədri əlavə edib ki, Konqresin ləğvi cəhdlərinin arxasında kimlərin və hansı motivlərin dayanmasından asılı olmayaraq, bizim diaspor fəallarımız qətiyyən ruhdan düşməməli və Apelyasiya Kollegiyasının qərarından Ali Məhkəmənin Rəyasət Heyətinə müraciət etməlidirlər: “ÜAK-ın ayaqda qalması üçün Rusiya qanunlarının imkan verdiyi çərçivələr daxilində, sivil yollarla axıra qədər mübarizə aparılmalıdır”.

Xəbər 2009 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +