Volkan Konak vəfat edib
Prezident 31 Martla bağlı paylaşım edib
Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib


20.12.2017  15:39 

Prezidentin köməkçisi “Financial Times”in iddialarına cavab verdi





A+  A-

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “The Financial Times” nəşrində Azərbaycanla bağlı irəli sürülən bir sıra iddialara münasibət bildirib.
XəzərNews.az-ın məlumatına görə, Ə.Həsənov Trend-ə bildirib ki, “The Financial Times” (FT) nəşrində “Avropa Şurası insan haqlarından imtina edir?” başlıqlı məqalədə Azərbaycanla bağlı irəli sürülən iddialar subyektiv xarakter daşıyır, qərəzlidir və müəyyən xarici anti-Azərbaycan dairələrin çirkin maraqlarına xidmət edir. FT və digər bu kimi tanınmış nəşrlərin bəlli dairələr tərəfindən süni şəkildə təşkil edilmiş qarayaxma kampaniyasına qoşularaq Azərbaycanı hədəf götürməsi, ardıcıl olaraq əsassız ittihamlarla çıxış etməsi yalnız təəssüf doğura bilər.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan dünyada demokratiya yolu ilə inkişaf edən, güclü iqtisadiyyata, yüksək beynəlxalq nüfuza malik, bütün azadlıqların təmin olunduğu ölkə, stabillik, təhlükəsizlik, tolerantlıq məkanı kimi tanınır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycan xalqının milli maraqlarına xidmət edir və cəmiyyət tərəfindən hərtərəfli dəstək qazanıb. Azərbaycanda həm yerli, həm də Avropa İttifaqı ölkələrinə aid şirkətlərin apardıqları araşdırma bu faktı bir daha təsdiqləyir.

Təsadüfi deyil ki, Hollandiyanın ACT LLC humanitar tərəfdaşlıq təşkilatı tərəfindən Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının sifarişi ilə keçirilən sorğunun nəticəsinə əsasən, Azərbaycan vətəndaşlarının 81 faizi hakimiyyətin həyata keçirdiyi siyasətə öz dəstəyini ifadə edib. Təbii ki, bu amil Ermənistan və erməni lobbisini, onların xaricdəki havadarlarını ciddi narahat edir. Bu qüvvələr bütün mümkün vasitələrdən istifadə edərək Azərbaycanın nüfuzunu ləkələməyə, beynəlxalq ictimaiyyətdə onun haqqında mənfi rəy formalaşdırmağa cəhd göstərirlər. FT kimi nəşrlərin bu dairələrin əlində vasitəyə çevrilməsi ciddi nöqsan, transmilli medianın müstəqilliyinə xələl gətirən haldır.

O, diqqətə çatdırıb ki, müxtəlif fasilələrlə Azərbaycana qarşı təşkil edilən bu tipli kampaniyaların səmərəsizliyi artıq sübuta yetirilib və cəmiyyətimizdə istehza ilə qarşılanır. Həmin qarayaxmaların təşkilatçıları və icraçıları bu reallığı nə qədər tez başa düşsələr, bir o qədər də öz nüfuz limitini qoruyub saxlamış olacaqlar.

Xəbər 2636 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +