Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


04.05.2023  10:01 

Həbsdə olan Anar Əsədli vəkili ilə görüşə bilmir - İlginc səbəb?





A+  A-

Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədlinin həbsindən iki həftə keçməsinə baxmayaraq vəkili ilə görüşə bilməyib.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə AY Partiya rəsmisi Gülşən Hacıyeva çıxış edib.

G.Hacıyeva bildirib ki, vəkil Hikmət Əliyev Bakı Apellyasiya Məhkəməsində Anar Əsədlinin işi üzrə keçirilən prosesdə iştirak etsə də, onun müdafiə etdiyi şəxslə Bakı İstintaq təcridxanasında görüşməsi mümkün olmayıb:

“Bakı İstintaq təcridxanası Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işlərində təqsirləndirilən şəxslə vəkilinin görüşə bilməsi üçün mütləq müstəntiqin də məktubunu tələb edir. İdarənin müstəntiqi Ramil Məmmədov isə müxtəlif bəhanələrlə bu məktubu verməkdən boyun qaçırır. Artıq vəkil məsələ ilə əlaqədar aidiyyəti qurumlara şikayət məktubları ünvanlayıb”.

Xəbər 933 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +