Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


01.05.2017  15:26 

Mayın 7-də keçirələcək imtahanların buraxılış vərəqələri verilir





A+  A-

Mayın 7-də ali məktəblərin bakalavr pilləsinə qəbul olunmaq üçün I-IV ixtisas qrupları üzrə keçirilən birinci (yaz) qəbul imtahanlarında iştirak edəcək abituriyentlər artıq buraxılış vərəqəsini ala bilərlər.
Dövlət İmtahan Mərkəzindən (DİM) XəzərNews.az-a verilən məlumata görə, abituriyentlər imtahana buraxılış vərəqəsini çap etmək üçün http://eservices.dim.gov.az/brxvbak/?frm=egov keçidinə daxil ola bilərlər.

DİM bir daha xəbərdarlıq edib ki, abituriyent imtahana gələrkən aşağıdakı sənədləri mütləq gətirməlidir:

1) şəxsiyyəti təsdiq edən sənədi (Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqələrini, əcnəbilər icazə vəsiqələrini və pasportlarını,
vətəndaşlığı olmayan şəxslər icazə vəsiqələrini və yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri, Azərbaycan
Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini;

2) imtahana buraxılış vərəqəsini

Qeyd:Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan abituriyentlər, digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Xəbər 1562 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +