Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


11.02.2021  10:28 

Yaponiyanın şərqində daha 350 minə yaxın toyuq məhv ediləcək





A+  A-

Yaponiyanın şərqindəki Tiba prefekturasının hakim dairələri quş qripinin yayıldığı yerli fermada 350 minə yaxın toyuğu məhv edəcək.
Bu barədə XəzərNews.az “Kyodo” agentliyinə istinadən xəbər verir.

Qeyd olunur ki, bu, ötən ilin payızından prefekturada aşkarlanmış onuncu infeksiya ocağıdır.

Fevralın 8-də “Kyodo” agentliyi prefektura ərazisində yeni infeksiya ocağının aşkarlanması səbəbindən 250 minə yaxın toyuğun məhv edilməsi barədə xəbər vermişdi.

Yanvarın 19-da Yaponiya Nazirlər Kabinetinin baş katibi Katsunobu Kato bildirmişdi ki, 2020-ci ilin noyabrından 15 prefekturanın 36 quşçuluq fermasında quş qripi aşkarlanıb. Bu, ölkə tarixində ən böyük göstərici olub. Bununla əlaqədar olaraq, yerli hakim dairələr epidemik tədbirlər çərçivəsində 6,3 milyondan çox toyuğu məhv edib.



Xəbər 2386 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +