Rusiya Kiyevdən siqnal gözləyir - Peskov
“Azər-Aqro LTD”nin bazarı bağlandı - Video
Çingiz Qənizadə sədr seçildi
Vatikan yeni Papanı bu tarixdə seçəcək
Zelenski və Putin Trampı niyə məyus edir?
Pulu var, verib çıxıb da yəqin... - Zabit Nəbizadə
Hər iki ölkə əlaqələrin inkişafı üçün səy göstərməlidir - Əliyev
Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir - Pezeşkian
DSX kiçik giziri intihar edib
ANAMA-nın əməkdaşı minaya düşdü


18.05.2021  08:53 

“Avroviziya”da ölkəmiz adından səsləri onlar açıqlayacaq





A+  A-

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) “Avroviziya-2021” mahnı müsabiqəsində Azərbaycandan olan səsverməni elan edəcək şəxslərin adlarını açıqlayıb.
İTV-dən XəzərNews.az-a verilən məlumata görə, məşhur mahnı müsabiqəsində iştirakçılara ölkəmizdən münsiflər tərəfindən veriləcək səsləri 10 il öncə, 2011-ci ildə 221 xalla birinci olaraq “Avroviziya”nı Azərbaycana gətirən Eldar Qasımov və Nigar Camal elan edəcək.

Eldar və Nigar yarışmanın qaydalarına əsasən mayın 22-də final gecəsi iştirakçıların taleyini həll edəcək jüri ballarını İctimai Televiziyanın canlı efirində səsləndirəcək. Verilən xallar müsabiqə iştirakçılarının aktivinə əlavə olunacaq.

Qeyd edək ki, yarımfinal mərhələləri may ayının 18-i və 20-də keçiriləcək mahnı müsabiqəsində təmsilçimiz Efendi “Mata Hari” adlı bəstə ilə birinci yarımfinalda çıxış edəcək.

Şüarı “Open up!” olan müsabiqənin Azərbaycan üzrə şərhçiləri isə müğənni Murad Arif və aparıcı Hüsniyə Məhərrəmova olacaq. Müsabiqə İctimai Televiziyanın efirində canlı olaraq yayımlanacaq.

Xəbər 1840 dəfə oxunub.




28.04.2025  18:27 

Çingiz Qənizadə sədr seçildi

28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +