Rusiya Kiyevdən siqnal gözləyir - Peskov
“Azər-Aqro LTD”nin bazarı bağlandı - Video
Çingiz Qənizadə sədr seçildi
Vatikan yeni Papanı bu tarixdə seçəcək
Zelenski və Putin Trampı niyə məyus edir?
Pulu var, verib çıxıb da yəqin... - Zabit Nəbizadə
Hər iki ölkə əlaqələrin inkişafı üçün səy göstərməlidir - Əliyev
Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir - Pezeşkian
DSX kiçik giziri intihar edib
ANAMA-nın əməkdaşı minaya düşdü


20.06.2020  15:11 

Sabah 38 dərəcə isti olacaq





A+  A-

21 iyunda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 28-31, Bakıda gecə 23-25, gündüz 28-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 749 mm civə sütunundan 752 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 21-22, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 18-23 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Abşeron yarımadasında xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.

Xəbər 1787 dəfə oxunub.




28.04.2025  18:27 

Çingiz Qənizadə sədr seçildi

28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +