Rusiya Kiyevdən siqnal gözləyir - Peskov
“Azər-Aqro LTD”nin bazarı bağlandı - Video
Çingiz Qənizadə sədr seçildi
Vatikan yeni Papanı bu tarixdə seçəcək
Zelenski və Putin Trampı niyə məyus edir?
Pulu var, verib çıxıb da yəqin... - Zabit Nəbizadə
Hər iki ölkə əlaqələrin inkişafı üçün səy göstərməlidir - Əliyev
Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir - Pezeşkian
DSX kiçik giziri intihar edib
ANAMA-nın əməkdaşı minaya düşdü


02.02.2019  16:12 

Putin nazirləri topladı - Rusiya da müqavilədən çıxdı





A+  A-

ABŞ dövlət katibi Mayk Pompeo dünən ölkənin fevralın 2-dən 1987-ci ildə Rusiya ilə imzaladığı “Orta və kiçik mənzilli raketlərin ləğvi” müqaviləsindən birtərəfli olaraq çıxacağını açıqladıqdan sonra Rusiya da məsələyə biganə qalmayıb.
XəzərNews.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, prezident Vladimir Putin bu gün XİN rəhbəri Serqey Lavrov və müdafiə naziri Serqey Şoyqu ilə keçirdiyi görüşdə Rusiyanın sözügedən müqavilədə iştirakını dayandırdığını bəyan edib.

“Bizim cavabımız qarşılıqlı olacaq. Amerikalı tərəfdaşlar müqavilədə iştiraklarını dayandırdıqlarını elan etdilər, biz də dayandırırıq. Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyindən xahiş edirəm ki, bununla bağlı hər hansı danışıqlar aparmağa təşəbbüs göstərməsinlər. Hələlik gözləmək daha münasib qərardır”, -deyə Putin bildirib.

Xatırladaq ki, 1987-ci ildə ABŞ prezidenti Ronald Reyqan və SSRİ rəhbəri Mixail Qorbaçov tərəfindən imzalanmış müqaviləyə görə 500 km-dən 5500 km-ə qədər olan bütün nüvə raketləri qadağan edilməli idi.

Xəbər 1286 dəfə oxunub.



28.04.2025  18:27 

Çingiz Qənizadə sədr seçildi

28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +