Mixail Saakaşvili: “İlham Əliyev regionun lideridir...“
Naxçıvan Səhiyyə Nazirliyində nələr baş verib?
Əvəz Zeynallı ilə bağlı məhkəməyə müraciət edildi
Sahil Babayevə müavinlər təyin olundu
“Azercell”in ad günü kampaniyasına ETİRAZ
Yaşayış binasındakı yanğın söndürüldü
Sürücü Tibb Mərkəzindən məcburi şəkildə çıxarılıb
Yanğına görə avtomobillərin hərəkəti məhdudlaşdırıldı
Gürcüstan Prezidenti Azərbaycana səfərə gəlib
Ağ Ev Harvard Universiteti üçün qrantları dayandırır


07.03.2017  09:37 

Ət alışı ilə bağlı xəbərdarlıq





A+  A-

"Novruz bayramı ərəfəsində ətlərin keyfiyyətinə nəzarət daha da gücləndirilib".
XəzərNews.az xəbər verir ki, bunu Axar.az-a ətlərin keyfiyyətinə olunan nəzarət barədə danışan Dövlət Baytarlıq Nəzarəti xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.
Onun sözlərinə görə bu sahədə ciddi nəzarət var: “Hər il təşkil olunmuş bayramqabağı yarmarkalara baytar mütəxəssisləri cəlb olunur. Həm bazarlarda, həm kəsim məntəqələrində faəliyyət göstərən sanitariya-ekspertiza laboratoriyaları həmin kəsimlərə və ətlərə tam nəzarəti həyata keçirir. Biz ətin qiymətinə yox, keyfiyyətinə cavabdehik. Qiymət isə ətin keyfiyyət göstəricisi deyil. Dövlət Baytarlıq qeydiyyatından keçmiş bazarlardan, mağazalardan, satış məmtəqələrində olan ətlərin keyfiyyətinə tam nəzarət olunur. Ona görə ətin bu yerlərdən alınması məsləhətdir. Üzərində möhür və arayış olmayan ətləri qətiyyən almaq olmaz. Küçədə, gizli və daha çox bina arxasında kəsilən heyvanların ətindən istifadə məsləhət görülmür. Çünki həmin ətlərinin keyfiyyətinə nəzarətin necə olduğu məlum deyil”.

Xəbər 3547 dəfə oxunub.




15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı


BÜTÜN XƏBƏRLƏR +