Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


23.07.2020  12:54 

Evdən çıxan koronavirus xəstəsinə cinayət işi açıldı





A+  A-

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları şəhərin inzibati ərazisində yaşadığı evi qanunsuz olaraq tərk edən aktiv koronavirus xəstəsi aşkarlayıblar.
DİN-in Mətbuat Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini Yaqub Rəhimov ev şəraitində müalicə alsa da, ancaq o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib.

Şəhər ərazisində onun olduğu əraziyə həkim briqadası dəvət edilib. Həmin şəxs təcili tibbi yardım avtomobilinə mindirilərək yaşadığı ünvana aparılıb. Mingəçevir Şəhər Polis Şöbəsində Y.Rəhimov barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə cinayət işi başlanılıb və o, polis nəzarətinə götürülüb.

Əlaqədə olduğu şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.



Xəbər 1805 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +