Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


29.11.2023  11:21 

Babasını öldürən nəvə ilə bağlı... - AÇIQLAMA





A+  A-

Noyabrın 28-i saat 22 radələrində Zaqatala rayon sakini 1946-cı il təvəllüdlü Yaşar İbrahimovun almış olduğu kəsilmiş-deşilmiş xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xəzərnews.az xəbər verir ki, araşdırmalarla 2002-ci il təvəllüdlü Ruslan İbrahimovun həmin gün saat 16 radələrində onunla eyni ünvanda yaşayan babası Yaşar İbrahimova aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirməsi və sonuncunun həmin xəsarətlər nəticəsində müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Ruslan İbrahimov iş üzrə şühhəli şəxs qismində tutulub.

Xəbər 949 dəfə oxunub.



24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +