Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi
“Melissa Group”un rəhbəri daha 2 ay həbsdə qalacaq
İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib


19.07.2023  13:59 

Ədliyyə Nazirliyi Müsvat Partiyasını qeydiyyata almadı





A+  A-

Gözlənildiyi kimi Ədliyyə Nazirliyindən partiyanın yenidən qeydiyyatı ilə bağlı mənfi cavab aldıq.

XəzərNews.az xəbər verir ki, bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.

"Bizə göndərilən məktubda qeyd edilir ki, təqdim olunan 5212 nəfərlik siyahıda 2766 nəfər haqqında məlumatlar düzgün qeyd edilmədiyindən dəqiqləşdirilməlidir, 250 nəfər telefon zənginə cavab olaraq partiya üzvü olmadığını bildirib, 11 nəfər barədə məlumatlar təkralanıb və s. Bütün bu problemləri həll etmək üçün partiyaya 30 gün vaxt verilir. Partiya üzvləri haqqında məlumatda hansı qüsurların olması, telefon nömrəsi olmayan və ya şəxsi məlumat kimi şəxsi telefon nömrəsini verməmək hüququndan istifadə edənlərlə bağlı məsələləri hüquq müstəvisində müzakirə edib, həll edəcəyik” - deyən Arif Hacılı əlavə edib ki, bu yetərli olmasa, daha bir neçə min "Müsavat" üzvünün siyahısı Ədliyyə Nazirliyinə təqdim olunacaq.


Xəbər 966 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +