Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


23.06.2017  22:36 

Belçikadan 8 ərəb kraliçaya həbs cəzası





A+  A-

Belçikada Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) məşhur Əl Nahyan ailəsinin üzvlərinə qarşı aparılan məhkəmə prosesi yekunlaşıb.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, ailənin 8 kraliçası haqqında “xidmətçiləri istismar etmək” və “adam oğurluğu” maddələri ilə 15 ay həbs və 165 avro pul cəzası verilib.

Qeyd edək ki, hadisə 2008-ci ildə baş verib. Ə Nahyan ailəsinin üzvləri Belçikanın paytaxtı Brüsseldə bir oteli bir neçə aylıq icarəyə götürüblər. Otelin 20-dən çox işçisinə oteldən çıxmağa icazə verməyiblər. Onlara masalarda qalan artıq yeməkləri veriblər, yerdə yatmağa məcbur ediblər.

Xidmətçilərdən biri oteldən qaça bilib və vəziyyəti polisə danışıb. Bundan sonra polis məsələyə qarışmış və 8 kraliça haqqında cinayət işi açılmışdı.

Lakin geridə qalan 9 ildə məsələyə hüquqi qiymət verilməmişdi.

Məlumat üçün bildirək ki, Əl Nahyan ailəsi BƏƏ-də iqtidardadır. Bu ailə “Mançester Siti” klubunun da sahibidir.



Xəbər 1392 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +