Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi


22.05.2017  10:07 

Fövqəladə Hallar Nazirliyində DƏYİŞİKLİK





A+  A-

Bəzi kütləvi informasiya vasitələrində Fövqəladə Hallar Nazirliyində (FHN) ixtisarlar barəsində həqiqətə uyğun olmayan xəbərlər yer alıb.
FHN mətbuat xidmətinin rəhbəri Oqtay Bayramovun XəzərNews.az-a verdiyi məlumata görə, hələ 2016-cı ilin noyabrında Azərbaycan Prezidenti İlham Əliyev fövqəladə hallarla mübarizə sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında fərman imzalayıb.
“Bu fərmana əsasən, kiçik həcmli gəmilərin hərəkətinin təhlükəsizliyinin, habelə su hövzələrində xilasetmə işinin təşkili sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin və Dövlət Sularda Xilasetmə Xidmətinin bazasında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti yaradılıb”.
Qurum rəsmisi deyib ki, Fövqəladə Hallar Nazirliyi Xidmətin əsasnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim edib:
“Bundan sonra cənab Prezident İlham Əliyevin 2017-ci il 19 aprel fərmanı ilə yeni qurumun Əsasnaməsi təsdiq olunub. Göründüyü kimi, bu tədbir idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə həyata keçirilib və əməkdaşların ixtisarı ilə heç bir əlaqəsi yoxdur”.

Xəbər 2025 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +