Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi


19.05.2017  10:44 

Ən çox bu fənlərin müəllimlərinə ehtiyac var





A+  A-

Azərbaycandakı ümumi təhsil müəssisələrində müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi barədə əmr imzalanıb.
Belə ki, təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edən nazir müavini Ceyhun Bayramovun imzaladığı əmrə əsasən, 2017-2018-ci tədris ilinə ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqələr keçiriləcək.
Əmrdə bildirilib ki, 2017-2018-ci tədris ilində vakant yerlərə müsabiqədənkənar qaydada müəllimləri işə qəbul etmək hüququ olan ümumi təhsil müəssisələrinin siyahısı təsdiq edilməli, siyahıda adları çəkilən müəssisələrə müəllimlərin işə qəbulu Təhsil Nazirliyi ilə razılaşdırmaqla həyata keçirilməlidir.
Eyni zamanda, iyunun 5-dək ümumi təhsil müəssisələrində vakant müəllim yerlərinin toplanılması və təhlili təmin edilməlidir.
Əmrdə qeyd olunub ki, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində, bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi proqram təminatı tətbiq olunmaqla mayın 25-dən iyunun 15-dək, nazirliyin sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqədə isə iyulun 1-dən 14-dək elektron ərizələrin qəbulu təşkil ediləcək.

Maraqlıdır, ölkə üzrə fəaliyyət göstərən orta məktəblərdə əsasən hansı fənnlər üzrə müəllimlər çatışmır?

Məsələ ilə bağlı Təhsil Naziriliyindən XəzərNews.az-ın sorğusuna cavab verilib.

Bildirilib ki, əvvəlki illərlə müqayisədə coğrafiya fənninə kənd məktəblərində o qədər də ehtiyac yoxdur.
“2014-cü ildən başlayaraq kənd məktəblərində ciddi ehtiyac olan fənnlər kimya, fizika, biologiya və coğrafiya fənləri olub. Həmin vaxt bu fənnlər üzrə işə qəbul olunanların sayında ciddi artım olub. Belə ki, coğrafiya fənni üzrə 230, fizika fənni üzrə 175, biologiya fənni üzrə 161, kimya fənni üzrə 89 nəfər işə qəbul olunub. Son bir-iki ildə isə ümumilikdə biologiya, kimya və riyaziyyat fənnlərini tədris edən müəllimlərə ehtiyac var. Güman ki, bu da yaxın vaxtlarda düzələcək”.

Xəbər 1694 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +