Hakan Fidan Hikmət Hacıyevi qəbul edib
Prezident Xocalı soyqırımı ilə bağlı paylaşım edib
Bəylər Əyyubova müavin təyin edilib - Foto
Azərbaycanda bu universitet ləğv olundu
Bakının adamı şikəst edən keçidləri
Qarla bağlı XƏBƏRDARLIQ
Əlindəki ziyilə görə xəstəxanaya gedən qız öldü
Şəhidin xatirə lövhəsi niyə sökülüb?
Prezident Administrasiyası dəyirmi masa keçirir
Məşhur pivə zavodunun direktoru 4000 manat cərimələndi


07.08.2023  17:45 

Qazaxda mebel fabrikinin açılışı oldu





A+  A-

Prezident İlham Əliyev avqustun 7-də Qazaxda “Venzana” mebel fabrikinin açılışında iştirak edib.

XəzərNews.az xəbər verir ki, dövlət başçısına görülən işlər barədə məlumat verilib.

Qeyd olunub ki, fabrik “Saloğlu” mebel istehsalı müəssisəsinin nəzdində yaradılıb. “Saloğlu” müəssisəsi 2000-ci ildən mebel istehsalı və satışı sahəsində fəaliyyət göstərir. İstehsal olunan məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, həm də ixrac edilir. Daxili bazarda mebellər müəssisənin öz mağazalarında və bir çox rayonlarda yerləşən nümayəndəliklərdə istehlakçılara təklif olunur. Müəssisənin illik istehsal gücü 14 min 260 mebel dəstidir. Hazırda müəssisədə 425 nəfər işlə təmin olunub.

Qeyd edilib ki, “Saloğlu” müəssisəsinin istehsal fəaliyyətinin genişləndirilməsi məqsədilə Sahibkarlığın İnkişafı Fondundan 10 milyon manat güzəştli kredit ayrılıb. Eyni zamanda, pandemiyadan zərər çəkmiş iqtisadi fəaliyyət sahələrinə dövlətin dəstək proqramı çərçivəsində müəssisəyə 1,4 milyon manat yeni alınan bank kreditinə dövlət zəmanəti verilməklə, kredit faizinin bir hissəsi 3 il müddətinə subsidiyalaşdırılıb.

Digər dəstək mexanizmi kimi, müəssisəyə İqtisadiyyat Nazirliyi tərəfindən 2017-ci ildə “Müasir mebel istehsalının qurulması” layihəsi üzrə investisiya təşviqi sənədi verilib. Layihənin icrası çərçivəsində müəssisə tərəfindən 8,4 milyon manat dəyərində texnika, texnoloji avadanlıq və qurğular idxal olunub, müəssisə 1,8 milyon manat məbləğində vergi və rüsumlardan azad edilib.

Bildirilib ki, istehsal sahəsi 18 min kvadratmetr, investisiya dəyəri isə 30 milyon manat olan fabrik il ərzində 12 min dəst yataq, 6 min dəst qonaq otağı mebeli istehsal etmək gücündədir.

Müəssisədə istehsal olunan mebellərin daxili bazarla yanaşı, Rusiya, Qazaxıstan, Gürcüstan, Almaniya və digər ölkələrə ixracı nəzərdə tutulur. Fabrik işə düşdükdən sonra “Saloğlu” fərdi firmasında ümumilikdə 600 işçi çalışacaq. Layihənin davamı olaraq 20 hektar ərazidə ümumi dəyəri 27,2 milyon manat olan 4 yeni fabrikin (masa və oturacaq, süngər, metal məmulatları və döşək istehsalı fabrikləri) tikilməsi nəzərdə tutulur. Layihənin əsas hədəfi bu fabrikin, eləcə də ölkəmizdəki digər mebel istehsalı müəssisələrinin xammal tələbatının yerli istehsal hesabına təmin edilməsidir. Layihənin 2025-ci ildə tamamlanması planlaşdırılır.

Dövlət başçısı “Venzana” mebel fabrikini işə salıb və istehsal prosesi ilə tanış olub.

Xəbər 1367 dəfə oxunub.




25.02.2025  17:30 

Əli Əsədov yeni qərar İMZALADI

25.02.2025  17:25 

1 milyon TL məni susdura BİLMƏZ

25.02.2025  16:34 

Qarla bağlı XƏBƏRDARLIQ

25.02.2025  15:20 

“Ağsu” mehmanxanası bağlandı

25.02.2025  14:58 

Müjde Ar qəza keçirdi


BÜTÜN XƏBƏRLƏR +