Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT
Ədalət Abbasov vəzifəsindən azad olunub
Prezident Qusarda yol tikintisinə pul ayırdı
Heydərov oğlunun obyektinin istismarına icazə verdi
Bu deputat Kamran Əliyevə səs verməyib
Mal-qara oğruları saxlanıldı
Əsgəran-Xocalı yolunda meyit qalıqları tapıldı
Bank kartlarından 30716 manat talandı - Bir gündə...
3 milyon vətəndaşın banklara kredit borcu var


02.12.2022  11:48 

Azərbaycan parlamentində Fransa “topa” tutuldu





A+  A-

Fransa Senatının noyabrın 15-də, Milli Assambleyasının isə noyabrın 30-u Azərbaycana qarşı qəbul etdiyi məlum Qətnamə Azərbaycan parlamentində müzakirə olunub.

XəzərNews.az xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova Qətnaməni ölkəmizə qarşı qərəzli, qeyri-obyektiv və ədalətsiz akt kimi dəyləndirib.

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Fransada baş verən düşmənçilik, islamafobiya, türkfobiya və anti-semitizmindən danışıb.

Deputat Soltan Məmmədov Fransa Milli Assambleyasının noyabrın 30-da Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnaməni ilk növbədə beynəlxalq hüququn fundamental prinsiplərinə hörmətsizlik adlandırıb.

Milli Məclisin deputatı Musa Quliyev bildirib ki, Fransanın canfəşanlığının səbəbi Minsk qrupunun fəaliyyətini yenidən bərpa edərək Ermənistan vasitəsilə bölgədə qalmaq istəməkdir.

Deputat Naqif Həmzəyev isə azərbaycanılılara müraciət edərək fransız məhsullarını könüllü şəkildə baykot etməyə çağırıb.

Qeyd edək ki, dünən Milli Məclis bu məsələ ilə bağlı geniş açıqlama da yayıb.

Xəbər 952 dəfə oxunub.




01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +