Baş psixiatrdan NAZİRƏ ŞİKAYƏT olundu
ABŞ Senatının üzvü Adam Şiff yenə həddini aşdı
Ukraynada atəşkəs yaydan əvvəl elan oluna bilər
Biz razılığa gəlməyə hazırıq - Lavrov
İyun ayında 13 gün qeyri-iş günü olacaq
Bakıda təriqəti üzvləri həbs edildi - Foto
110-dan çox ölkədən QHT-lər Bakıya toplaşır
“Kapital Bank” müştərini necə tələyə salır?
18 yaşın mübarək, Qaynarinfo!
Prezident Kaya Kallası qəbul etdi


21.04.2025  13:07 

Siyavuş Novruzov parlamentə gəlmir - Nə olub?





A+  A-

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentə gəlmir.

XəzərNews.az “Qafqazinfo”a istinadla xəbər verir ki, deputat son 7 plenar iclasın heç birində iştirak etməyib. Eyni zamanda, rəhbəri olduğu komitənin iclaslarına da qatılmayıb. Onu sədr müavini Nurlan Həsənov əvəzləyib.

Deputatın özü ilə isə əlaqə saxlamağa çalışsaq da, zənglərimizi cavabsız qoyub.
Məsələni aydınlaşdırmaq üçün Milli Məclisin İntizam Kommisiyasının sədri Eldar İbrahimovla əlaqə saxladıq. O, saytımıza açıqlamasında Siyavuş Novruzovun icazəli olduğunu bildirib.

Qeyd edək ki, Siyavuş Novruzov sonuncu dəfə parlamentin fevralın 3-də keçirilən plenar iclasında iştirak edib.

Xatırladaq ki, Milli Məclisin Daxili Nizamnaməsinin 45-ci maddəsinin birinci hissəsinin 3-cü bəndində göstərilən əsasa görə, Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarında üzrsüz səbəbdən azı dalbadal 4 və ya bir ayda üst-üstə 6 iclasda iştirak etməyən Milli Məclisin deputatı barəsində Milli Məclisin Sədri İntizam komissiyasına təqdimatla müraciət edir. İntizam komissiyası 1 həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə Milli Məclisin deputatı barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edir. Milli Məclisin deputatı barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar Milli Məclisin növbəti iclasında elan edilir.

Məlumat üçün bildirək ki, Siyavuş Novruzov 6-cı çağırışdır ki, Milli Məclisin deputatıdır.

Xəbər 703 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +