Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


18.03.2021  11:56 

Maaşından pul tutulanlara vacib xəbər





A+  A-

Vətəndaşın icbari tibbi sığorta xidmətindən istifadə edə bilməsi üçün ona ayrıca kartın verilməsinə ehtiyac yoxdur.
XəzərNews.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib.

Onun sözlərinə görə, yanvarın 1-dən bütün işləyən əhali qrupunun əməkhaqqından icbari tibbi sığorta xidməti üzrə tutulmalar həyata keçirilir:

“İcbari tibbi sığorta sistemində vətəndaş kartla təmin olunmur. Onun kartı şəxsiyyət vəsiqəsidir. Vətəndaş tibb müəssisəsinə şəxsiyyət vəsiqəsi ilə müraciət edir. Fin kod sistemə daxil olan kimi şəxs haqqında olan bütün məlumatlar sistemdə görünür. Vətəndaş heç bir ödəniş etmədən tibbi xidmətdən istifadə edə biləcək".

V.Qurbanov qeyd edib ki, aprelin 1-dən bütün Azərbaycan vətəndaşları icbari tibbi sığorta ala biləcəklər.

Xəbər 1341 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +