Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


25.12.2018  09:54 

Suçiçəyi təhlükəsi varmı?





A+  A-

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) ölkədə uşaqlar arasında suçiçəyi xəstəliyinə yoluxma ilə bağlı mövcud olan vəziyyəti dəyərləndirib.
XəzərNews.az xəbər verir ki, RGEM-in direktor müavini Afaq Əliyeva Trend-ə deyib ki, xəstəliyə yoluxma tək-tək hallarda qeydə alınır. A.Əliyeva qeyd edib ki, heç bir məktəbəqədər müəssisədə və məktəbdə xəstəliyin artımı müşahidə edilmir:

"Heç bir müəssisədə xəstəliyin ocağı yoxdur. Xəstəliyin tək-tək hallarda müşahidə edilməsi isə adi haldır. Müallicə profilaktika müəssiələrimiz tərəfindən suçiçəyinə yoluxanlara diaqnozun vaxtında qoyulması, onların kollektivdən təcrid olunması, müaynəsi və müalicəsi, RGEM-in yerli şöbələri tərəfindən isə yerlərdə əks-epidemik tədbirlərin aparılması təmin edilir".

Dünyada suçiçəyi xəstəliyi ilə mübarizədə peyvəndin tətbiq edildiyini deyən A.Əliyeva qeyd edib ki, Azərbaycanda suçiçəyi idarəolunmayan xəstəliklər qrupuna daxil olunur: "Ola bilər ki, bir neçə il sonra suçiçəyinə qarşı peyvənd edilsin. Amma indi bu məsələyə baxılmır və suçiçəyinə qarşı peyvənd tətbiq edilmir".

Xəbər 1803 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +