Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


18.09.2018  16:03 

“İlin ən yaxşı avtomobili” adına namizədlər - SİYAHI





A+  A-

"World Car of The Year 2019" mükafatının təşkilatçıları nominantların siyahısını açıqlayıblar.
XəzərNews.az-ın Trend-ə istinadən məlumatına görə, "Dünyada ilin ən yaxşı avtomobili" adına 35 maşın iddialıdır. Onlar arasında "Acura RDX", "Audi A1", "A6", "Q3", "BMW 3 Series", "BMW X2", "i8 Roadster", "Dacia Duster", "Ford Focus", "Hyundai Santa Fe", "Nexo", "Infiniti QX50", "Kia Ceed/Forte", "Soul", "Niro EV", "Toyota Avalon", "Corolla" və "RAV4" markaları var.

Siyahıda "Audi"dən 4 model, BMW, "Kia" və "Toyoto"dan 3, "Hyundai", "Jeep", "Jaguar", "Lexus", "Nissan" və "Volvo"dan isə 2 model var. "Acura", "Cadillac", "Citroen", "Dacia", "Ford", "Honda", "Infiniti", "SEAT", "Subaru" və "Suzuki" bir modellə təmsil olunur.

Ekspertlər "lüks" sinifli ən yaxşı maşını "Audi A7", "Q8", "BMW 8 Series", "Mercedes-Benz GLE" və "Volkswagen Touareg" markalarının arasından seçəcəklər.

Ən uğurlu "Şəhər modeli" adı uğrunda isə "Audi A1", "BMW X2", "Kia Soul", "Seat Arona" və "Suzuki Jimmy" yarışacaq.

Bütün bu avtomobilləri 85 ekspert və avtomobil istehsalçısından ibarət münsiflər heyəti qiymətləndirəcək. Mükafatın təqdim olunma mərasimi 2019-cu ilin aprelində Nyu Yorkda keçiriləcək.

Xatırladaq ki, 2017-ci ildə "World Car of The Year" mükafatına "Volvo XC60" markalı avtomobil layiq görülmüşdü.

Xəbər 1807 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +