Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


20.01.2018  09:56 

Avropada zəhərli qidalar aşkarlanıb





A+  A-

Son zamanlar Avropada qida sektorunda ciddi böhranlar yaşanmaqdadır.
XəzərNews.az Foodinfo-ya istinadən xəbər verir ki, Avropada bir neçə ölkədə zəhərli yumurta və uşaq yeməkləri, həmçinin qlifosat maddəsinin istifadə edilməsi aşkarlandıqdan sonra qidaların təhlükəsizliyi məsələsi ciddi müzakirə edilməyə başlayıb.

Məsələ ilə bağlı danışan Avropa Qida Təhlükəsizliyi Təşkilatının direktoru Bernard Url insanlara təbii məhsullar yeməyi tövsiyyə edib:

“Təbii qidalar keyfiyyətli seçimdir. Bu, sadəcə təhlükəsizlik məsələsində deyil, istehsal şəraiti ilə də bağlıdır. Bu səbəbdən mən də orqanik qidalara üstünlük verirəm”.

B.Url sözlərinə əlavə edərək avropalı istehlakçıları qidaların təhlükəsiz olduğuna əmin etməyə çalışıb:

“Avropa Komissiyası və ərzaq istehsalçıları təhlükəsizliyə böyük önəm verirlər. Sıfır risk deyə bir şey yoxdur. Ətraf təsirlər səbəbindən bəzən problemlər çıxır. Önəmli olan həmin zərərli ərzaqları sürətli şəkildə müəyyənləşdirmək və geri toplamaqdır. Avropada bu sistem olduqca güclü şəkildə işləyir”.

Xəbər 1687 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +