Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


17.12.2017  11:34 

Azərbaycanda iki yeni hərbi zavod açılacaq





A+  A-

“Azərbaycanda Müdafiə sənayesi müəssisələrinin sayı 58-ə çatdırılıb”.
XəzərNews.az xəbər verir ki, bunu müdafiə sənayesi naziri Yavər Camalov “Azərbaycan” qəzetindəki məqaləsində yazıb.

“Azərbaycanın müdafiə sənayesi ən modern və mükəmməl inkişaf mərhələsindədir” adlı məqalədə qeyd edilib ki, tikinti işləri başa çatdırılan 56 istehsal müəssisəsi ilə yanaşı, cari ilin iyununda, Silahlı Qüvvələr günü ərəfəsində daha 2 istehsalat müəssisəsində kompleks tamamlanma işləri ekunlaşıb çatdırılıb və istifadəyə verimiş istehsal müəssisələrinin sayı 58-ə çatdırılıb.

Nazir bildirib ki, qeyd olunan istehsal müəssisələri lazım olan müasir texnoloji avadanlıqlarla təchiz edilib və eləcə də inkişaf etmiş ölkələrin şirkət və firmalarından alınmış dəzgah, xüsusi cihaz və alətlərlə komplektləşdirilib.

Onun sözlərinə görə, yaxın zamanlarda daha 2 zavodun - artilleriya və tank topları üçün müxtəlif çaplı mərmilərin isti ştamplanması və mexaniki emalı, həmin mərmilərin atəş yığımlarının gilizlərinin istehsalı zavodlarının açılışları nəzərdə tutulur.

Eyni zamanda, döyüş sursatlarının hazırlanmasında əsas komponent kimi istifadə olunan partlayıcı maddələr - piroksilin, ballistit barıtların, trotil və heksogen istehsalı üzrə zavodların, eləcə də müxtəlif çaplı artilleriya mərmiləri üçün 4 növ başlıq partladıcılarının və müxtəlif çaplı minaatan atəş yığımları üçün müasir növ tullayıcı barıt atımlarının istehsalı sahələrinin yaradılması işləri də davam etdirilir.

Xəbər 1286 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +