İran Prezidenti Azərbaycana dəvət olundu
Bakıda böyük söküntü BAŞLAYIR
Zelenski Marko Rubionu Ukraynaya çağırdı
Poltavada ölənlərin sayı 14 nəfərə çatıb
Bakı və Tehran arasında razılıq əldə olundu -FOTO
Mehriban Əliyeva gəncləri təbrik etdi
Cüdoçumuz Parisdə qızıl medal qazandı
“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir


29.08.2023  11:02 

Arayik Arutyunyan zəmanət verdi





A+  A-

Qondarma rejimin başçısı Arayik Arutyunyan Azərbaycan tərəfindən saxlanılan üç gəncin tezliklə Xankəndində olacağına zəmanət verib.

XəzərNews.az erməni mediasına istinadla xəbər verir ki, bu barədə Arayik Arutyunyan ictimai və siyasi qüvvələrin nümayəndələri ilə söhbətindən sonra bildirib.

“Mənim səbirsizliklə gözlədiyim yaxşı şeylər var. İlk növbədə, əlaqə yaratmağa, gənclərimizlə danışmağa və onların gəliş gününü dəqiq müəyyənləşdirməyə çalışacağam. Uzun sürməyəcək. Mən buna zəmanət verirəm”, - Arutyunyan bildirib.

Xatırladaq ki, dünən Qarabağın sakinləri Alen Sarkisyan, Vahe Hovsepyan və Levon Qriqoryan Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən Laçın dəhlizində yerləşən keçid məntəqəsində saxlanılıb. Daha sonra Azərbaycanın Baş Prokurorluğu məlumat yayıb ki, gənclər Azərbaycan bayrağını təhqir etdiklərinə görə həbs olunublar. Azərbaycanın Baş Prokurorluğu gənclərə qarşı cinayət təqibinin dayandırılması barədə qərar qəbul etdiklərini, 10 günlük həbsdən sonra onların “Azərbaycan ərazisindən deportasiya ediləcəyini” bildirib.

Xəbər 1028 dəfə oxunub.




02.02.2025  20:34 

Bakıda böyük söküntü BAŞLAYIR

02.02.2025  14:24 

Azərbaycanda baş katib vəfat etdi

01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +