Lavrov və Rubio arasında görüş planlaşdırılır
Pezeşkian Şahin Mustafayevi qəbul edib
Tramp Zelenski ilə görüşəcək
Prezident ABŞ-də görüşlər keçirdi - Foto/Yeniləndi
Fransa Fələstini dövlət kimi tanıyıb
Prezident və xanımı ABŞ-də -FOTO
Ankara-Bakı reysi niyə təcili eniş edib?
Mühüm sənədlər imzalanacaq - Cabbarov
İcra başçısına ağır itki üz verib
Leysan yağışları Astarada fəsadlar yaratdı


30.01.2025  17:05 

18 yaşlı tələbənin ölümünə səbəb olan şəxsə HÖKM OXUNDU





A+  A-

Mingəçevirdə ağır yol-nəqliyyat hadisəsi törətmiş 27 yaşlı Cəlal Cəfərova hökm oxunub.

XəzərNews.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Mingəçevir Şəhər Məhkəməsi həmin şəxsi Cinayət Məcəlləsinin 263.2 və 264-cü (ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmə və hadisə yerindən yayınma) maddələri ilə təqsirli bilib.

Bildirilib ki, 2023-cü ilin dekabrında C.Cəfərov "Mercedes-Benz" markalı avtomobillə şəhərin Müslüm Maqomayev küçəsi ilə hərəkətdə olarkən yolun kənarı ilə gedən piyadalar - 2005-ci il təvəllüdlü Nazlı Hüseynova və onun tələbə yoldaşı İmamrza Sadıqzadəni vurub.

Mingəçevir Turizm Kollecinin 3-cü kurs tələbəsi olan N.Hüseynova hadisə yerində vəfat edib.

Hadisədən sonra Cəlal maşınla oradan uzaqlaşıb.

Qeyd edilib ki, C.Cəfərov keçmiş polis əməkdaşı olub və hadisədən bir müddət əvvəl öz raportu əsasında daxili işlər orqanlarında xidmətdən xaric olunub.

Məhkəmənin hökmü ilə ona 5 il azadlıqdan məhrumetmə cəzası verilib. Cəzasını məntəqə tipli müəssisədə çəkəcək sürücünün 3 il nəqliyyat vasitəsini idarəetmə hüququ da məhdudlaşdırılıb.

Xəbər 4766 dəfə oxunub.



23.09.2025  00:02 

Tramp Zelenski ilə görüşəcək

22.09.2025  13:01 

Sabahın hava şəraiti açıqlandı


BÜTÜN XƏBƏRLƏR +