Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı


25.04.2020  09:46 

“Pandemiyadan sonra aviabiletlərdə bahalaşma gözlənilir”





A+  A-

Post-pandemiya dövründə aviabiletlərin qiymətində bahalaşma müşahidə oluna bilər.
XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı turizm üzrə mütəxəssis Rəhman Quliyev İctimai TV-nin efirində qonaq olan zaman deyib. Ekspert bildirib ki, bilet qiymətlərinin qalxmasına səbəb Beynəlxalq Aviasiya Assosiasiyasının tövsiyələrinə uyğun olaraq, ilk uçuşlarda təyyarənin tutumunun yarısı və ya üçdə biri qədər biletlərin satılacağıdır:

“Hər hansı fövqəladə vəziyyət yarandıqda bu, ilk başda turizm sektoruna ciddi zərbə vurur. Ölkəmizdə pandemiya səngiyən kimi yerli turistləri regionlara göndərmək üçün müvafiq tədbirlər görülməlidir. Bugünkü gündə regionlarda olan otellər yerli turistlərlə müəssisələri saxlamaqda çətinlik çəkəcək. Çünki regionlara gedən turistlər adətən səhər gedib axşam qayıdırlar. Bu da, o demək deyil ki, otellər yerli turistlərlə öz otellərini saxlaya, işçi qüvvəsini dolandıra biləcəklər, ayaqda qalacaqlar. Yardım davam etdirilsə, regionlardakı otellər də düzgün qiymət siyasəti yürütsə, vətəndaşlarımız üçün minimum qiymətlərlə bazara çıxsa, insanların oraya gəlməsini təmin edə bilər. Burada ən əsas məsələ qiymətdir.

Bundan başqa, beynəlxalq uçuşlar həyata keçirilməsə, xüsusi çətinliyi paytaxtda yerləşən otellər yaşayacaq”.

Mütəxəssis qeyd edib ki, hazırda yay ayları üçün qabaqcadan tur-paketlər alan vətəndaşlarla turizm şirkətləri üz-üzə qalıb:

“Yay ayları üçün qabaqcadan tur-paket alan vətəndaşlarla bağlı hazırda tur şirkətlərində müzakirələr aparılır. Qabaqcadan müəyyən rezervasiyalar olunub və tur şirkətləri həmin məbləğləri aidiyyatı üzrə ödəyib, yəni, maliyyə onlardan çıxıb. Şirkətlər burada vasitəçi rolunu oynayırlar. İnanıram ki, heç bir vətəndaşın pulu batmayacaq. Çünki aviaşirkətlər, partnyor şirkətlər, xaricdə yerləşən otellər vaxt dəyişikliyinə üstünlük verir”.



Xəbər 1500 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +