Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı


01.02.2020  17:05 

“Orta məktəblərdə vakant müəllim yerləri yoxdur“ - Ceyhun Bayramov





A+  A-

Müasir dövrün çağırışlarına uyğun olaraq, təhsil sisteminin qarşısında duran çağırışlar da dəyişməkdədir. Müəllimlərimiz, xüsusilə gənc müəllimlərimiz bu çağırışlara hazır olmalıdırlar.
XəzərNews.az-ın məlumatına görə, bunu Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birinci forumunda çıxış edən Təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, müəllimlər bu çağırışlara hazır olmaq üçün təşəbbüskar olmalı, daim öz üzərlərində çalışmalıdırlar.

Nazir əlavə edib ki, müəllimlərin özləri milli-mənəvi dəyərlərə sahib olmalı və özləri başqaları üçün bir nümunə olmalıdırlar: "İnsanın şəxsiyyət kimi formalaşmasında müəllimin böyük əməyi var. Bu baxımdan dövlət müəllimlərə böyük qayğı ilə yanaşır.

Azərbaycan müəllimləri hər zaman üzərlərinə düşən missiyasını yerinə yetirirlər, onlar öz həyatlarını gənclərin vətənpərvər ruhda böyüməsinə həsr edirlər".

Təhsilin inkişafı sahəsində ciddi uğurlara nail olduqlarını deyən nazir orta məktəblərdə artıq vakant müəllim yerlərinin 100 faiz tutulduğunu söyləyib.

Bununla yanaşı, 2019-cu ildə 500-dən yüksək bal toplayan hər 4 nəfər abituriyentdən biri müəllimlik peşəsini seçib.

Xəbər 1784 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +