Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU


05.08.2022  12:09 

Bu mənfur cinayətin bir neçə məqsədi var...





A+  A-

Londondakı hadisənin arxasında kimlərin durduğu mütləq üzə çıxmalıdır, amma bu mənfur cinayətin bir neçə məqsədi var:

1. Azərbaycan ilə Britaniya arasında özəl, çoxşaxəli münasibətlər var, hadisənin məhz Londonda olması iki ölkə arasında olan münasibətləri korlamağa hesablanmış ola bilər;

2. Nəzərlər həmən qonşu İranın üzərinə düşür, bu isə əsl səbəbkarların da niyyəti ola bilər ki, iki ölkə arasında zatən hamar olmayan münasibətlər daha da korlansın;

3. Hadisənin arxasında İran ola bilər, amma çox qəliz sxem quraraq başqalarının əli ilə edib izi itirəməyə çalışa da bilər, bu isə daha böyük təhlükələrdən xəbər verir;

4. Bu hadisəni edənlər ölkəmizin daxilində qarışıqlıq salmağa da hesablana bilər - diqqətli və soyuqqanlı olmalıyıq, dini və etnik məsələlər çox həssasdır, "tezalışandır", provokasiyalara getməməliyik;

5. Bu hadisə Cənublu qardaşlarımızın nəbzini yoxlamaq üçün də təşkil edilə, daha qlobal gedişatın bir parçası da ola bilər.

Bu hadisə, Qarabağda baş verənlər, bölgəmizdə davam edən Rusiyanın Ukraynaya təcavüzü, dünyanın çivisinin tam çıxması Türkiyə ilə hərbi-siyasi ittifaqımızı daha üst səviyyəyə çıxartmağı labüd edir.

Ölkəmizdə hüquqi olaraq Türkiyə ilə birgə Hərbi Tədris Mərkəzlərinin - faktiki olaraq isə hərbi bazaların yaradılması məmləkətimizin sığortası ola bilər...

Natiq Cavadlı

Xəbər 1799 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +