ABŞ Senatının üzvü Adam Şiff yenə həddini aşdı
Ukraynada atəşkəs yaydan əvvəl elan oluna bilər
Biz razılığa gəlməyə hazırıq - Lavrov
İyun ayında 13 gün qeyri-iş günü olacaq
Bakıda təriqəti üzvləri həbs edildi - Foto
110-dan çox ölkədən QHT-lər Bakıya toplaşır
“Kapital Bank” müştərini necə tələyə salır?
18 yaşın mübarək, Qaynarinfo!
Prezident Kaya Kallası qəbul etdi
AzTV bələdiyyələri ifşa etdi - Video


20.04.2025  20:07 

Ağ evdə intriqalar – ABŞ indi necə idarə olunur?





A+  A-

Hələ də bəzi insanlar düşünürlər ki, Tramp administrasiyasının hansısa planları var və bütün bu anlaşılmaz addımların arxasında hansısa adi insanların anlamayacağı dərin düşünülmüş siyasət dayanır. Amma əslində, hər şey sadədir və təəssüflə qeyd eləməliyik ki, hazırda dünyanın birinci iqtisadiyyatına, birinci siyasi, hərbi gücə malik olan Amerika Birləşmiş Ştatlarını bir qrup təsadüfi insan idarə etməkdədir. Elə tariflərlə bağlı verilən və bir həftə sonra 90 günlüyə təxirə salınan qərarla bağlı “The Wall Street Journal”ın yaydığı məlumat da bunu təsdiq edir.

“The Wall Street Journal” mənbələrə istinadən xəbər verir ki, böyük tariflər “ABŞ Prezidenti Donald Tramp maliyyə naziri Skott Bessent və ticarət naziri Hovard Lutniklə söhbət etmək üçün bir dəqiqə vaxt ayırdıqdan sonra dayandırıb.

Bessent və Lutnik Trampla təkbaşına danışmaq istəyirmişlər, lakin tarif müharibəsinin əsas dəstəkçisi, prezidentin ticarət müşaviri Peter Navarro buna mane olurmuş. Nəşrin qeyd etdiyi kimi, o, daim Oval Ofisdə "dolaşırdı".

Aprelin 9-da səhər saatlarında Navarro Ağ Evin başqa bir yerində iqtisadi məsləhətçi Kevin Hassett ilə planlaşdırılan görüş keçirməli idi və onun Ağ Evdə olmaması Bessent və Lutnikə "hərəkətə keçməyə" imkan verib. İki nazir Navarronun cədvəlində yaranan “boşluqdan” yararlanaraq prezidentlə planlaşdırılmamış görüş üçün Oval Ofisə qaçıblar və Trampı tarifləri dayandırmağa inandıra biliblər. Navarro orada yox imiş deyə, onlarla mübahisə edə və əks arqumentlər təqdim edə bilməzdi.

Bessent və Lutnik, Trump Truth Social-da kütləvi tariflərdə 90 günlük fasilə haqqında post yerləşdirənə qədər Oval Ofisdə gözləyiblər. Bundan dərhal sonra Bessent və administrasiyanın mətbuat katibi Kerolayn Levitt ictimaiyyətə açıqlama vermək üçün jurnalistlərin qarşısını çıxıblar. “Bizə hər kəsin eyni şeyi yazmasıı lazım idi” - deyə, nəşrin mənbəsi izah edib...

Dadaş Əhmədli

Xəbər 1050 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +