Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


10.12.2022  12:04 

“Səfir məni satdı” - Ukraynada həbs olunan qazi





A+  A-

Qarabağ qazisi 8 il müddətinə azadlıqdan məhrum edilməsini özünə qarşı ədalətsizlik kimi qiymətləndirib.

XəzərNews.az xəbər verir ki, Misir Qasımlı vəkili Valeri Dobronitsa vasitəsilə Yenisabah.az-a açıqlamasında günahsız olduğunu iddia edib. O, ağır cəzaya məhkum olunmasına görə Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanı günahlandırıb:

“Ukraynadakı səfirliyimiz hüquqlarımın müdafiəsi istiqamətində heç bir addım atmadı. Başda Elmira xanım olmaqla diplomatlarımız məni müdafiə etmədilər. Səfir məni satdı. Səfirin müşaviri Sabir Rzayev telefonlarımızı açmır. O, məhkəməyə belə gəlmir, bütün qanunsuzluqlara göz yumur. Mənim haqqımda şayiə yazanların hamısı Elmira Axudovanın adamlarıdır və onun sifarişlərini yerinə yetirirlər. O, öz vəzifəsini itirməkdən qorxduğu üçün yalanlar uydurur. Mənim əlimdə video, şəkil, sənədlər var, amma səfirliyin qapısı üzümüzə bağlıdır. Anam, bacım səfirliyə gedəndə onları qovurlar. Biz işi appellasiyaya vermişik, hətta vəkilim vasitəsilə Elmira Axundova və Sabir Rzayevdən şikayət etmişəm. Bizə kömək edən yalnız diaspordan Hikmət Cavaddır. O, öz vəkili Anatoli Volkovu da bu işə cəlb edib və hər məhkəmədə diaspordan nümayəndə iştirak edir. Amma səfirlikdən heç kim proseslərdə iştirak etmir”.

Xəbər 1322 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +