Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


28.03.2022  22:05 

“Putin mənimlə görüşə gəlməlidir“ - Zelenski





A+  A-

"Ukrayna bitərəflik statusu ilə bağlı Konstitusiyaya dəyişiklik etməyə hazırdır".

XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə rus jurnalistlərə açıqlamasında Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“Təhlükəsizlik zəmanəti, neytrallıq, nüvəsiz ölkə statusu kimi mövzularda addım atmağa hazırıq. Rusiyanın ilk tələb olunan prinsipi bu idi. Xatırladığım qədəri ilə buna görə müharibəyə başladılar", - Zelenski deyib.

Ukrayna lideri Ukraynanın təhlükəsizlik zəmanətinin müzakirə edildiyini, lakin bunun Budapeşt Memorandumu kimi sadəcə bir kağız parçası olmasını istəmədiyini bildirib:

“Ona görə də biz bu sənədin bütün dövlətlərin imzalayacağı ciddi razılaşmaya çevrilməsinin tərəfdarıyıq. Bu sənəd qarant ölkələrin parlamentləri tərəfindən təsdiqlənməlidir və Ukraynada referendum keçirilməlidir”.

Zelenski referendumun bir neçə aydan sonra Konstitusiyaya neytrallıq mövzusunda dəyişikliklər edilməsinə imkan verəcəyini qeyd edib. O, status və təhlükəsizlik təminatları ilə bağlı bu cür dəyişikliklərə yalnız xalqın qərar verə biləcəyini vurğulayıb.

Zelenski əlavə edib ki, Rusiya ordusu ölkədə olarsa, qarant ölkələr razılığa gəlməyəcəklər. O, müharibəni ən qısa zamanda bitirməyin mümkün olduğunu, lakin Rusiya Prezidenti Vladimir Putin və ətrafının bunu uzatdığını bildirib:

"Buna görə də biz birbaşa Putinlə məşğul olmalıyıq. Razılığa gəlmək üçün o, qoşunlarını Ukraynadan çıxarıb mənimlə görüşə gəlməlidir".

Xəbər 2205 dəfə oxunub.



25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +